"İnter"in baş məşqçisi Kaxaber Sxadadze komandanın əsas qapıçısı Georgi Lomayanı cəzəlandırıb.
Korner.az-ın məlumatına görə, gürcüstanlı qolkoperin cəzalandırılmasının əsas səbəbi ölkə kubokunun 1/4 final mərhələsinin "Bakı" ilə cavab oyununda kobud səhvlərə yol verməsidi. "Bankirlər"in baş məşqçisi bu üzdən Lomayanı cəzalandırıb, onu ehtiyatda saxlayır.
