Qazaxıstanın “Kayrat” klubu baş məşqçisi Kaxaber Sxadadze ilə yollarını ayırıb.
Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Skenderbeu” klubu ilə mübarizədə çıxışını başa vuran “Kayrat”ın baş məşqçisi Sxadadze istefa verib. Gürcüstanlı mütəxəssis məğlubiyyətdən sonra bütün məsuliyyəti öz üzərinə götürüb. Klub rəhbərliyi də onun istefa ərizəsini qəbul edib.
48 yaşlı mütəxəssis “Kayrat”ı 2016-cı ildən çalışdırırdı. Sxadadze 2009-2014-cü illərdə Bakı “İnter”ində də baş məşqçi işləyib.
