“Çox gərgin oyun izlədik. Hər iki komanda medallara oynayır. Meydanda mübarizə və emosiyalar çox idi”.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze “Neftçi” ilə oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis oyunun nəticəsini ədalətli hesab etdiyini bildirib: “Üstünlük gah bir, gah da o biri komandada olurdu. Hesab oyuna görədir. Heç bir komanda qələbəyə layiq deyildi. Qarşıda bizi çətin oyunlar gözləyir. Onlara tez qısa bir vaxta hazırlaşmalıyıq”.
