“İnter”in baş məşqçisi Kaxaber Sxadadze “Elfsborq” məğlubiyyətindən sonra jurnalistlərin suallarını cavablandırıb.
Korner.az-ın məlumatına görə, təcrübəli baş məşqçi oyun sonrası mətbuat konfransında:
“Hər iki oyunda daha çox qol imkanları yaratdığımız görünürdü. 120 dəqiqə ərzində də şanslarımız çox idi. Qırmızı vərəqə və qapımıza penaltinin təyin olunması oyunumuza təsir etdi. Hakimin hansı məqsədlə gəldiyini bilmirəm. Artıq mən yorulmuşam. İstefa verməyi düşünürəm. Mənim istefamı qəbul etsələr, gedəcəm. Bununla belə, yaxşı komanda formalaşdırmışam. Mənim əvəzimə kim gəlsə, onun üçün rahat olacağını düşünürəm”, – fikirlərini səsləndirib.