«Biz bilirdik ki, rəqibimiz bu gün böyükhesablı uduzmaqdan çəkinəcək». Korner.az-ın məlumatına görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib. Gürcüstanlı mütəxəssis Avropa Liqasının birinci təsnifat mərhələsinin Estoniya «Trans»ına qarşı keçirilən cavab oyunundan sonra qapalı oynamalarının səbəbini açıqlayıb:
«Biz bunu əvvəlcədən bilirdik, ona görə də taktikamızı buna uyğun qurmuşduq. Qələbə qazandığımız üçün şadam. Biz bilirdik ki, bu oyunu növbəti rəqibimiz olan Yunanıstanın «Asteras» klubunun nümayəndələri də izləyir. Ona görə də bilərəkdən ehtiyatlı oynadıq, müəyyən taktiki gedişlər etdik».
