“Qəbələ”ni qələbə münasibətilə təbrik edirəm. Oyun demək olar ki, “Qəbələ”nin qapısı qarşısında keçirdi. Ancaq qol epizodlarında bəxtimiz gətirmirdi". Korner.az-ın məlumatına görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze "Qəbələ" ilə oyundan sonra deyib.
Gürcüstanlı çalışdırıcı məğlubiyyətə səbəb kimi futbolçuları göstərib:
"Bir futbolçu 4 qol epizodundan yararlana bilmirsə, gah qapıçı topu çıxardırsa, gah zərbə dəqiq olmursa, burda həm bəxtsizlik var, həm də futbolçu öz üzərində işləməlidir".
