Avropa liqası

Kaxaber Sxadadze bəxtsizlikdən şikayətləndi

27.07.2012 , 07:47

Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində səfər meydanında "Asteras"a penaltilərdə uduzan "İnter" mübarizəni dayandırdı. Korner.az-ın məlumatına görə, "bankirlər"in çalışdırıcısı Kaxaber Sxadadze bəxtsizlikdən şikayətləndi:

“Karyeram ərzində ikinci dəfədi ki penaltilərə üzülürəm. Bunu düşünmək belə çətindi. Futbolçularım yaxşı oynadı. Sadəcə, bəxtimiz gətirmədi”.

Tsxadadze yunan klubunun layiqli vəsiqə qazandığını deyib: “Asteras” növbəti mərhələyə layiqli vəsiqə qazandı. Onları təbrik edirəm”.

Son yazılar

Yuxarı