Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Bakı” ilə ilk oyunu “İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin bu postda yubiley – 150-ci matçı olub.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, 2009/10 mövsümündən “İnter”i çalışdıran gürcüstanlı mütəxəssis yetirmələrini 117 Premyer Liqa, 19 kubok, 8 avrokubok və 6 “Birlik kuboku” matçına çıxarıb.
4 mövsümə 150 dəfə komandasını oyuna çıxardan Sxadadze bu müddətdə komandasının 76 qələbəsinə, 44 heç-heçəsinə və 30 məğlubiyyətinə şahid olub. “İnter” indiki çalışdırıcısının rəhbərliyi altında 186 qol vurub və 105-ni buraxıb.
Qeyd edək ki, “Standard”ı da 30 matça çıxaran baş məşqçi Azərbaycan karyerasındakı ümumi oyun sayını 180-ə çatdırıb.