Amerika Birləşmiş Ştatlarının Milli Basketbol Liqasına (NBA) elə də uğurlu start götürməyən “San Antonio Spurs” komandasının əsas üzvü olan Kavay Leonard zədəsini sağaldıb. Bu barədə komandanın baş məşqçisi Qreqq Popoviç deyib.
Onun sözlərinə görə Kavay Leonard artıq komanda ilə məşqlərə başlayıb. Bir həftə öncə 3×3 məşqlərinə qoşulan basketbolçu artıq 5×5, yəni ümumi komanda ilə məşqlərə qoşulub. Qreqq Popoviç zədədən yeni qayıdan Toni Parkerin də hazırlıq mərhələsini bu yolla keçdiyini bildirib. Təcrübəli məşqçinin sözlərinə görə, Kavay yaxın günlərdə rəsmi oyunlara çıxa biləcək.
Kavay Leonard ötən mövsüm konferans finalında “Golden State Warriors”a qarşı matçda zədələnmişdi. İstedadlı oyunçu həmin zamandan sonra hazırlıq matçına belə çıxmayıb.
