PSJ-nin hücumçusu Edinson Kavani yenidən karyerasını İtaliyada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, İtaliya çempionu “Yuventus” yayda uruqvaylı futbolçunu heyətinə qatmaq istıyir.
28 yaşlı forvard turinlilərin şərəfini qorumağa razıdır. 2013-cü ildə “Napoli”dən 64 milyon avro qarşılığında PSJ-yə transfer olunan Kavinin keçidi “Qoca Sinyora”ya heç də ucuz başa gəlməyəcək.
