Edinson Kavani karyerasını İtaliyada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, uruquvaylı hücumçu “Yuventus”un maraq dairəsinə düşüb.
“Ağ-qaralar” yay “transfer pəncərəsi”ndə PSJ-dən ayrılmaq istəyən forvarda 3 illik müqavilə təklif edib. 29 yaşlı futbolçu bu müqaviləni qəbul edəcəyi təqdirdə ilinə 5,5 milyon avro qazanacaq.
