Uruqvay millisinin futbolçusu Edinson Kavani cəzalandırılıb.
Korner.az-ın məlumatına görə, Amerika Futbol Konfederasiyası Çili ilə matçda rəqib futbolçusu Jara ilə mübahisədən sonra meydandan qovulan hücumçuya 2 oyunluq cəza tətbiq edib. Bu isə o deməkdir ki, Kavani “DÇ-2018″in seçmə mərhələsində Boliviya və Kolumbiya ilə matçlarda oynamayacaq.
Eyni qarşılaşmada qırmızı vərəqə alan Uruqvay millisinin futbolçusu Xorxe Fusile və tribunaya göndərilən baş məşqçi Oskar Tabares isə üç oyunluq cəzalandırılıb.
