PSJ-nin 2013-cü ildə 64 milyon avroya transfer etdiyi futbolçusu Edinson Kavani mövsümün sonunda iş yerini dəyişə bilər.
Korner.az-ın məlumatına görə, buna səbəb təcrübəli hücumçunun komandanın baş məşqçisi Loran Blanla yola getməməsidi.
Belə ki, Fransa Liqa 1-inin son turunda PSJ-nin səfərdə “Olimpik”lə (Marsel) görüşün 59-cu dəqiqəsində Kavani əvəzləndiyinə görə Blana etirazını sərt şəkildə bildirib. Bu hadisədən sonra onlar arasındakı münasibət daha da pisləşib və Kavani qəti getmək qərarı verib.
