Kavani: “Parisi sevirəm və xoşbəxtəm”
19.05.2019 , 10:35

PSJ-nin hücumçusu Edinson Kavani klubdakı vəziyyəti ilə bağlı sualları cavablandırıb.
Uruqvaylı futbolçu Paris klubunda xoşbəxt olduğunu və karyerasını bu ölkədə davam etdirmək istədiyini deyib.
“Mən PSJ-də özümü çox rahat hiss edirəm. Ailəm də bu şəhəri çox sevir. Ən əsası ilə bu klubla müqavilə müddətim davam edir. Heç yerə getmək fikrim yoxdur.”
Qeyd edək ki, 32 yaşlı hücumçu 2013-cü ildən PSJ klubunun formasını geyinir.
