PSJ-nin futbolçusu Edinson Kavani Çempionlar Liqasının 1/4 finalının ilk oyununda qarşılaşacaqları “Barselona” ilə oyun haqda danışıb.
Korner.az-ın məlumatına görə, uruqvaylı futbolçu “AS” qəzetinə açıqlamasında “Barselona”nı məğlub etməyə çalışacaqlarını bildirib:
“Böyük oyun olacaq. “Barselona” dünyanın ən yaxşı komandası, Messi isə ən yaxşı futbolçusudur. Onlara qarşı mübarizə aparmaq çox gözəldir. Qrup mərhələsində “Barselona”ya qalib gəlmişik, indi isə 1/4 finalda məğlub etməyə çalışacağıq”.
