Kataloniya təmsilçisi yeni forvard axtarışına çıxıb
17.11.2025 , 12:30
“Barselona” Robert Levandovskinin mövqeyində güclənmək üçün yeni hücumçu axtarışına başlayıb.
Korner.az xəbər verir ki, Kataloniya klubu hazırda “Qalatasaray”ın heyətində çıxış edən nigeriyalı forvard Viktor Osimheni transfer hədəfinə daxil edib. Bununla yanaşı, “Atletiko”nun hücumçusu Xulian Alvarezin də adı siyahıda yer alır.
Məlumata görə, “Barselona” yay transfer dönəmində yalnız bu iki futbolçu üzərində fokuslanmağı və onlardan birini heyətinə qatmağı planlaşdırır.