"Atletiko"nun yarımmüdafiəçisi Arda Turan karyerasını "Barselona"da davam etdirəcək.
Korner.az-ın məlumatına görə, klublar 27 yaşlı futbolçunun transferini həll ediblər.
Kataloniya mətbuatınyazır ki, "Barselona" Ardaya görə 34 milyon avro ödəyəcək. Daha 7 milyon avro futbolçunun oynamasından asılı olaraq bonus formasında əlavə edilə bilər.
