Kataloniya klubu müdafiəçi axtarışında: Dieqo Leyte diqqət mərkəzində
25.12.2025 , 12:22
“Barselona” qış transfer pəncərəsinə hazırlıq çərçivəsində müdafiə xəttini möhkəmləndirmək niyyətindədir.
Korner.az xəbər verir ki, klubun diqqətində Almaniyanın “Union Berlin” klubunda çıxış edən portuqaliyalı müdafiəçi Dieqo Leyte var.
27 yaşlı futbolçunun yanvarda transfer olunma ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Leytenin “Union”la müqaviləsi mövsümün sonunda başa çatacaq.