"Xəzər Lənkəran"dan ayrılaraq özünə yeni klub axtaran Katalin Doman karyerasını vətənində davam etdirəcək. Korner.az-ın məlumatına görə, 2010-cu ilin yayında “Xəzər Lənkəran”a “Arceş” klubundan gələn 24 yaşlı yarımmüdafiəçi buindan sonra “Arceş” klubunun uğurları üçün tər tökəcək.
Qeyd edək ki, 2 mövsüm “Xəzər Lənkəran”da oynamış Katalin Azərbaycan kubokunu və 2 dəfə Premyer Liqanın gümüş mükafatını qazanıb. Bu komandada 53 oyuna 8 qol vuran yarımmüdafiəçi “Xəzər Lənkəran”ın rumıniyalı futbolçuları arasında ən çox oyun keçirən legionerdir. Rekordçu Adrian Pit və Andrey Mureşandan 2 matç çox oynayıb.
