Kaşuk “Qarabağ” üçün Bakıya gəlib?
30.07.2024 , 21:09

“Qarabağ”ın transfer siyahısında yer alan Aleksey Kaşuk Bakıya gəlib.
Korner.az-ın məlumatına görə, ukraynalı futbolçu hazırda ÇL-in II təsnifat mərhələsinin “Linkoln”la ev matçını tribunadan canlı izləyir.
“Şaxtyor”un sabiq üzvünun Ağdam klubu ilə müqavilə bağlayacağı istisna edilmir.
