"Milan"ın İtaliyalı futbolçusu Antonio Kassano sabiq klubu "Cenoa"ya keçə bilər.
Korner.az-ın məlumatına görə, aparıcı futbolçuları Palasionu "İnter"ə göndərən "Cenoa" klubu bu boşluğu Kassano ilə doldurmağı planlaşdırır.
Qeyd edək ki, Kassanonun həyat yoldaşının da Cenoa şəhərinə getmək istəməsi transferin baş tutma ehtimallarını artırır.