Futbol

Kasilyasın müxbir sevgilisi niyə özündən çıxdı?

11.07.2012 , 07:14

Ötən günlərin birində sevgilisi İlker Kasilyas ilə Madriddə gəzintiyə çıxan xanım müxbir Sara Karbenero onların şəklini çəkməyə çalışan öz həmkarının fotoaparatını qırmağa çalışıb.

Korner.az-ın məlumatına görə, Karbenero əvvəlcə jurnalistlərə  "bircə dəfə çəkin və buradan uzaqlaşın" – ifadələrini işlədib. Lakin müxbirlər cütlüyü təqib etməyə başladıqda Kasilyasın sevgilisinin qəzəbinə tuş gəliblər. Xanım Sara Karbenero həmkarına yaxınlaşaraq onun əlindəki fotoaparatını qırmaq istəyib. Lakin Kasilyas araya girərək vəziyyəti düzəldib.

Son yazılar

Yuxarı