“Portu” klubu baş məşqçisi Julen Lopeteqini istefaya göndərib.
Korner.az-ın məlumatına görə, bu xəbəri “AS” qəzeti yayıb.
İstefa Portuqaliya çempionatının 16-cı turunda evdə “Rio Ave” ilə görüşdən (1:1) sonra baş verib.
Doğma meydanda vacib iki xal itirən “Portu” lider “Sportinq”dən 4 xal geri düşüb. Komandanın Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksələ bilməməsi də ispaninalı mütəxəssisin istefaya göndərilməsində həlledici rol oynayıb.
