“Real”la yollarını ayıran İker Kasilyasın anası Mari Karmen oğlunun “Porto”ya keçməsindən təəccübləndiyini bildirib.
Korner.az-ın məlumatına görə, o, məsələyə belə reaksiya verib:
“Porto”ya transfer? İkerin Romada ev axtarması informasiyası peyda olarkən ona zəng edib, dedim: “Sən nə edirsən? “Real”dan gedə bilməzsən!
İndi isə “Porto” söhbəti meydana çıxıb. İker kimi bir qapıçı üçün bu, 3-cü divizion deməkdi. Dünya çempionu karyerasını “Porto”da bitirməməlidir.
O, dünyanın istənilən klubunda karyerasını bitirə bilər. Yeri gəmişkən, “Barselona”ya keçsəydi, mən narazı olmazdım. Çünki bu komandaya centlmenlər rəhbərlik edir”.
