İspaniya millisinin baş məşqçisi Visente del Boske heyətdə bəzi dəyişikliklər edib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis, “Avro-2016″nın seçmə mərhələsində Lüksemburqla matçda əsas heyətdə İker Kasilyasın əvəzinə David De Xeaya şans verib.
Qeyd edək ki, İ.Kasilyas “Avro-2016″nın seçmə mərhələsində Slovakiyaya uduzduqları (1:2) matçda kobud səhvlər edib. Ancaq millinin baş məşqçisi Kasilyasa dəstək olaraq onu bu səhvə görə əsas heyətdən kənarlaşdırmayacağını bildirmişdi.
