Kasilyasdan xəbər var
06.05.2019 , 19:30

İspaniyalı qolkiper İker Kasilyas pərəstişkarlarını sevindirib.
“Portu” klubunun qapıçısı müalicə aldığı xəstəxanadan evə buraxılıb. Həkimlər futbolçunun səhhətində hər hansı bir ciddi problem görmədiklərini deyiblər.
Qeyd edək ki, İker Kasilyas “Portu” klubunun məşqi zamanı infarkt keçirmişdi.
