Madrid “Real”ından “Porto”ya transfer olunan İker Kasilyas gələcək karyerası haqda danışıb.
Korner.az-ın məlumatına görə, təcrübəli qapıçı “goal.com”a açıqlamasında istənilən klubda oynaya biləcəyini deyib.
İspaniyalı qapıçı jurnalistin MLS-də oynaması haqda verdiyi suala belə cavab verib:
“MLS? Niyə də olmasın. İstənilən yerdə oynaya bilərəm. Hər şey ola bilər. Amma hazırda sənədlə “Porto”ya məxsusam. Buradan mənə dəvət gəlib və rahatlıqla imtina edə bilmərəm”