“Real”ın qapıçısı İker Kasilyas sabah “Barselona” ilə keçiriləcək “El Klasiko” ilə bağlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, İspaniya millisinin qolkiperi bu böyük oyunöncəsi Samuel Eto’onun onlar üçün Lionel Messidən təhlükəli futbolçu olduğunu deyib.
Kasilyas açıqlamada bunları da dilə gətirib: “Qızıl medala iddia edən iki komanda üz-üzə gələcək. İndiyə qədər “Real” üçün “Barselona”nın ən təhlükəli futbolçusu Samuel Eto’o olub. Messi çox təhlükəli oyunçudur, amma Samuel qədər deyil”.
