İspaniya millisinin və Madrid "Real"ının qapıçısı İker Kasilyas daha 8 mövsüm "kral" klubunda oynamaq fikirində olduğunu bildirib.
Korner.az-ın məlumatına görə, 31 yaşlı qoliper klubun rəsmi saytına verdiyi açıqlamada karyerasını "Real"da bitirmək istədiyini vurğulayıb:
"Karyeramı burada bitirsəm, röyalarım gerək olacaq. 9 yaşımdan "Real"dayam. 13 ildi rəsmi olaraq "Real"ın şərəfini qoruyuram və uzun müddət hələ burda qalmaq fikirindəyəm. 36 yaşımda müqavilə bitir və 39 yaşına kimi oynamaq istəyirəm. Ondan sonra isə karyeramı bitirəcəm".
