Madrid “Real”ının qapıçısı İker Kasilyas İspaniya çempionatının növbəti turunda keçiriləcək “Atletiko” ilə oyun haqda danışıb.
Korner.az-ın məlumatına görə, “Marca”ya danışan son Avropa çempionu iddialı fikirlər səsləndirib:
“Nəhayət, “Atletiko”nu məğlub etməliyik. Heyətdə çatışmazlıqlar var, amma biz bunu bacara bilərik. “Atletiko”nu məğlub etsək, onların çempion olma şansı, demək olar ki, qalmır”
