“Real”ın qapıçısı İker Kasilyas karyerasını “Porto”da davam etdirmək niyyətindədi.
Korner.az-ın məlumatına görə, bu barədə 34 yaşlı qolkiperin meneceri Karlo Kutropia “Record”a açıqlamasında məlumat verib:
“Kasilyas “Porto”ya keçməyə müsbət baxır. Ümid edirik ki, “Real” bu transferin gerçəkləşməsinə razılıq verəcək”.
