Kasilyas federasiya prezidenti olmaq istəyir
12.02.2020 , 17:48

“Portu” klubunun qapıçısı İker Kasilyas İspaniya Futbol Federasiyasının prezidenti olmaq istəyir.
Korner.az xəbər verir ki, 38 yaşlı qolkiper mart ayında keçiriləcək seçkidə iştirak edəcək.
“Real”ın sabiq qapıçısı federasiyanın hazırkı rəhbəri Luis Rubialesə rəqib olacaq.
