Madrid "Real"ının və İspaniya millisinin qapıçısı İker Kasilyas Avro-2012-nin finalında qarşılaşacaqları İtaliya millisinin kapitanı Canluici Buffona haqda maraqlı açıqlama verib. Korner.az-ın məlumatına görə, Kasilyas Buffonu tərfiləyib və onun gənc qapıçılara əsl nümunə olduğunu göstərib:
"Hər bir qapıçı eləcə də mən ondan örnək alırıq. Ona böyük hörmətim var. 34 yaşı var və hələ də yaxşı formadadı. Onunla qarşılaşdıqda söhbət etmək mənə xoş gəlir.
