Kasilyas ailəsinin başı üzərini qara buludlar aldı
22.05.2019 , 14:04

İker Kasilyasın ailəsindən daha bir üzücü xəbər gəlib.
Belə ki, bu yaxınlarda məşq zamanı infarkt keçirdiyi üçün karyerasını yekunlaşdıran qolkiperin həyat yoldaşı Sara Karbonero Kasillas səhhəti ilə bağlı vacib açıqlama verib. İspaniyalı jurnalist xərçəng xəstəsi olduğunu və buna görə də müalicə aldığını media nümayindələrinə açıqlayıb.
Qeyd edək ki, İker Kasilyas və xanımı Sara Karbonero 2009-cu ildən birlikdədilər. Cütlüyün Martin və Lukas adlı iki oğlu var.
