Kasemiro: “Ronaldo haqqında danışmaq istəmirəm”
01.03.2019 , 18:42

“Real Madrid” klubunun braziliyalı futbolçusu Kasemiro Kriştiano Ronaldo haqqında danışmaq istəmədiyini bildirib.
Komanda da olmayan biri ilə bağlı danışmaq istəməyən sambaçı sözlərinə bunları əlavə edib:
“Ronaldo ilə bağlı danışmaq yersizdir. İndi Ronaldo burada deyil və yeni klubu üçün oynayır. Biz möhtəşəm çıxış etdik. Bütün futbolçular, xüsusilə Benzema çox əziyyət çəkdi. Vinisius üçün bu bir sınaq idi. Onun daha da yaxşı olacağına əminəm.”
Qeyd edək ki, ötən gecə “Real”ı məğlub edən “Barselona” İspaniya kubokunda finala yüksəlib.
