Kasemiro: “Mən Zidanın əsgəriyəm”
30.03.2019 , 12:00

Braziliya millisinin və Madrid “Real”ının futbolçusu Karlos Kasemiro jurnalistlərin suallarını cavablandırıb.
Zidanı heç vaxt unutmadıqlarını diqqətə çatdıran braziliyalı yarımmüdafiəçi onunla daha yaxşı olacaqlarına əmindir.
“Zidan bizim üçün hər zaman önəmli biri olub. Onunla böyük uğurlar qazanmışıq. Mən Zidanın əsgəriyəm. Ümumiyyətlə, mənə baş məşqçilik edən hər bir baş məşqçi üçün döyüşən əsgərəm.”
Qeyd edək ki. Karlos Kasemiro “Real”ın heyətində 114 görüşə çıxıb və 13 dəfə fərqlənib.
