Karyerasını bitirdi
02.12.2022 , 15:57
Almaniya millisinin futbolçusu Tomas Müller yığmadakı karyerasını bitirib.
Korner.az xəbər verir ki, bu barədə 33 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. Müller Dünya çempionatının qrup mərhələsinin III turunda Kosta-Rikaya qalib gəldikləri matçdan (4:2) sonra milli karyerasını bitirdiyini söyləyib.
“Bavariya”da çıxış edən futbolçu 2010-cu ilin martında yığmada debüt edib. O, “bundestim”lə 121 oyunda 44 qola imza atıb.