Karyerasını bitirən qolkiper baş məşqçi təyin olundu
03.06.2025 , 12:41

Karyerasını bitirən Pepe Reyna məşqçilik fəaliyyətinə başlayıb.
Korner.az xəbər verir ki, ispaniyalı 42 yaşlı qolkiper “Vilyarreal”ın 19 yaşadək futbolçulardan ibarət komandasını çalışdıracaq.
O, yeni mövsümdən baş məşqçi vəzifəsini icra edəcək.
