Karyerasını başa vuran Pikeyə 4 oyun cəza
16.11.2022 , 18:06

La Liqanın XIV turunda “Osasuna” ilə görüşdə (2:1) qırmızı vərəqə alan “Barselona”lılar Robert Levandovski və Jerar Pikenin cəzası açıqlanıb.
Korner.az xəbər verir ki, ikinci sarı vərəqəni alaraq meydandan qovulandan sonra hakimə barmağı ilə jest edə edən Levandovski 3 matçı kənardan izləməli olacaq.
Kataloniya təmsilçisinin karyerasını başa vuran müdafiəçisi Jerar Pike isə 4 matçlıq cəzaya məruz qalıb. Təcrübəli oyunçu ehtiyat oyunçular skamyasında hakimi söyüb.
