“Karyeramın sonuna qədər komandamı dəyişmərəm” – Demian Lilard
07.09.2018 , 11:39

“Portland Trail-Blazers”in basketbolçusu Demian Lilard karyerasını bu komandanda bitirmək istədiyini bildirib. Onun sözlərinə görə, hər idmançı bütün karyerası boyunçu bir komandanda oynaya bilmir:
“Mənim üçün böyük şərəf olar. Bu komandada oynamaqdan xoşum gəlir. Hər basketbolçuya bir klubda oynamaq nəsib olmur. Mən hiss edirəm ki, insanlarla bağ yaratmışam, şəhər mədəniyyətini mənimsəmişəm. Ancaq bildiyiniz kimi, bu biznesdi. Bəzən klubların gələcək üçün başqa planları olur”.
