Bu gün “Qarabağ”ın azarkeş dəstəyi olan İmarət Azad Azarkeş Qrupunun təşkil etdiyi “2013-cü ilin yekununa həsr olunmuş” mərasimdə komandanın kapitanı Rəşad Sadıqovda iştirak edib.
Korner.az-ın məlumatına görə, azarkeşlər tərəfindən “Ən sadiq oyunçu” mükafatına layiq görülən Sadıqov öz çıxışında karyerasını “Qarabağ”da başa vurmaq istədiyini bildirib:
“Hər kəsə öz təşəkkürümü bildirirəm ki, məni bu mükafata layiq bildiniz. Hamıya məlumdur ki, mən karyerama Tovuzda başlamışam. “Neftçi” və “Türkiyə” macəralarından sonra ən çox arzuladığım komandaya, “Qarabağ”a keçdim. Bəlkə də hamı bilməz mən əslən Qarabağlıyam. Mən bu komandaya qəlbən çox bağlıyam. İnşallah kryeramı da bu komandada başa vurmaq istəyirəm. Gələcəkdə də “Qarabağ”da çalışmaq istəyirəm. Bir daha hər kəsə öz təşəkkürümü bildirirəm“.
