İngiltərə premyer liqasında çıxış edən “Mançester Siti” klubunun baş məşqçisi maraqlı açıqlamaları ilə yadda qalıb.
Korner.az-ın məlumatına görə, son zamanlar uğursuz çıxış edən şəhərlilərin baş məşqçisi Pep Quardiola öz açıqlamalarında bilidirib: “Məşqçilik karyeramda heç vaxt qovulmamışam, lakin bunun yaşana biləcəyini bilirəm.Çünki, klub rəhbərliyi məndən qısa müddətdə uğurlar gözləyirdi.Mübarizəni davam etdirəcəyəm.İşlər belə davam edərse, onda “mən bacara bilmədim, yerimə başqası gələcək” – deyə açıqlama verəcəyəm. Belə vəziyyət hər bir baş məşqçinin başına gələ bilər”.
Xatırladaq ki, Premyer Liqanın son iki turunda xal qazana bilməyən komanda lider “Çelsi”dən 7 xal geridə qalıb.
