“Real”ın futbolçusu Dani Karvaxalın ürəyində qüsur olduğu aşkarlanıb.
25 yaşlı müdafiəçinin keçirdiyi bir infeksion xəstəlik onun ürək pərdəsini zədələyib.
Karvaxalın tam olaraq sağalması üçün müəyyən qədər zamana ehtiyac olduğu bildirilib. Onun “Espanyol”la oyunda isə meydana çıxmayacağı gözlənilir.
