Karvaxal zədədən qayıtdı
03.01.2026 , 11:34
“Real Madrid”in kapitanı və sağ cinah müdafiəçisi Dani Karvaxal zədədən sonra bərpa olunub.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə bildirilir ki, 33 yaşlı futbolçu komanda məşqlərində iştirak edir və onun İspaniya Superkubokunda meydana çıxması ehtimal olunur. “Real” yanvarın 8-də turnirin yarımfinal mərhələsində “Atletiko Madrid”lə qarşılaşacaq.
Xatırladaq ki, Karvaxal 2025-ci ilin oktyabr ayının sonlarında sağ dizindən zədə alaraq bir müddət yaşıl meydanlardan kənarda qalmışdı.