“Karvan”dan qələbə
16.10.2024 , 16:55
Azərbaycan 1-ci Liqasında 5-ci tura start verilib.
Korner.az xəbər verir ki, turun mərkəzi matçında lider “Karvan” öz meydanında “İmişli”ni qəbul edib.
Rəqibini 3:2 hesabı ilə məğlub edən Yevlax təmsilçisi xallarını 15-ə yüksəldərək liderliyini bir qədər də möhkəmləndirib.
“Qaradağ Lökbatan” – “Mingəçevir” matçında isə qol vurulmayıb.
“Karvan” – “İmişli” – 3:2
Qollar: B.Teymurov, 1, M.Ələkbərov, 80, R.Hüseynov, 89 – E.Rəhimzadə, 46, P.Alves, 68
Qırmızı vərəqə: İ.İnqilablı, 90
“Qaradağ Lökbatan” – “Mingəçevir” – 0:0