“Karvan-Yevlax”dan ayrıldı, bu kluba keçdi
02.02.2026 , 12:45
“Karvan-Yevlax”dan ayrılan futbolçu Nika Çaçaşvilinin yeni klubunun adına aydınlıq gəlib.
Korner.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi karyerasını “Mingəçevir”də davam etdirəcək.
1-ci liqa təmsilçisi futbolçu ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.
Qeyd edək ki, “Mingəçevir” hazırda 1-ci liqanın turnir cədvəlində 21 xalla 4-cüdür.