“Karvan-Yevlax” 3 futbolçusunu göndərdi
21.01.2026 , 15:53
“Karvan-Yevlax” üç futbolçu ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Nika Çaçaşvili, Qabil Əlizadə və Portuqaliyalı futbolçu Vitor Hugo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.K
Qeyd edək ki, Yevlax təmsilçisi bu qış Səid İmranxan ilə də yollarını ayırıb. Rauf Rüstəmli (“Sabah”, icarə), Samir Abdullayev, Emin Rüstəmov (“Səbail”, icarə) isə heyətə cəlb edilib.