Karrik “Mançester Yunayted”də qalacaq?
09.02.2026 , 14:30
“Mançester Yunayted” rəhbərliyi yeni baş məşqçi Maykl Karrikin işindən razıdır.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, əgər klub uğurlu çıxışa belə davam edərsə, 44 yaşlı mütəxəssis növbəti mövsüm də komandada qalacaq.
Karrik yanvarın ortasında “qırmızı şeytanlar”ın baş məşqçisi vəzifəsinə gətirilib. Onunla növcud müqavilə bu yay başa çatacaq.
Qeyd edək ki, hazırda “Mançester Yunayted” Premyer Liqada 44 xalla 4-cü yerdə qərarlaşıb.