Şahmat üzrə 2016-cı il Dünya Çempionatı davam edir.
Korner.az-ın məlumatına görə, iki şahmatçının mübarizəsi ilə təşkil olunan turnir yekunlaşmaq üzrədi.
Norveçli son dünya çempionu Maqnus Karslen qısa zamanda inkişaf edən Serqey Karyakinlə 11 partiya oynayıb. Bu partyiyalardan sonra xallar bərabərdi – 5.5:5.5
İlk yeddi turda tərəflər xalları yarı bölüb. VIII turda Kartakin rəqibini təslim etməyə məcbur etsə də, X turda özü bu duruma düşüb.
Hər şeyi sonuncu turdaki görüş müəyyən edəcək. Bu görüşdə də qalib müəyyən olmasa, tərəflər arasında sürətli şahmat oyunu keçiriləcək.
Xatırladaq ki, çempionatın sonuncu turu 28 noyabrda keçiriləcək
