“Yuventus”un argentinalı hücumçusu Karlos Tevezin adı yenə müxtəlif klublarla birgə hallanmağa başlayıb.
Korner.az-ın məlumatına görə, 31 yaşlı futbolçu ilə PSJ danışıqlara başlayıb.
Parislilər Tevezi transfer etməkdə israrlıdılar. Onlar təcrübəli forvarda görə 15 milyon avrolarından keçməyə hazırdılar. Əgər Tevez PSJ-yə keçməyə razılıq versə, yeni klubunda illik 5,5 milyon avro qazanacaq. Hələ ki, Argentina yığmasının üzvü qarşı tərəfə cavab verməyib.
Karyerası ərzində “Mançester Yunayted” və “Mançester Siti” klublarının da formasını geyinmiş Tevez 2013-cü ildən “Yuventus”da çıxış edir.
